Maliyyə Nazirliyi tender elan edib
02 İyul 2010 Cümə 14:50
Maliyyə Nazirliyi xəzinənin idarəolunmasının avtomatlaşdırılmış informasiya sistemi üçün SAP XI əlavə modulunu satın almaq istəyir.
Maliyyə Nazirliyi Xəzinənin idarəolunmasının avtomatlaşdırılmış informasiya sistemi üçün SAP XI əlavə modulunun satın alınması üçün tender elan edib. Tender elanına əsasən, SAP NetWeaver Prosecc Integration (SAP XI) modulunun alınması planlaşdırılır.
Bununla yanaşı, tenderdə beynəlxalq standartlara müvafiq olaraq proqram təminatı istehsalı ilə məşğul olan, SAP AG şirkətindən rəsmi avtorizasiyaya malik olan, Azərbaycan ərazisində bu şirkətin məhsulunun satışı üçün lisenziyaya malik şirkətlər iştirak edə bilərlər.
Bundan əlavə, təklif edilən modul mütləq qaydada sertifikatlaşdırılmalıdır. Tender təkliflərinin qiymətləndirilməsi texniki aspektlər, icra müddəti, qiyməti, hesablaşma forması da daxil olmaqla bütün parametrlər üzrə həyata keçiriləcək.
Tender üzrə təkliflərin qəbulu avqustun 18-nə qədər keçiriləcək. Tender təklifləri avqustun 19-da açılacaq. Tenderdə iştirak haqqı 200 manatdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: