Maliyyə naziri: Dövlətin əmanətlərin qaytarılması ilə bağlı problemi yoxdur
17 Noyabr 2011 Cümə Axşamı 15:39
“Mili Məclis müvafiq qanun qəbul etsə...".
Azərbaycanın dövlət büdcəsində sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı problem yoxdur. APA-nın xəbərinə görə, bu barədə maliyyə naziri Samir Şərifov parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

“Mili Məclis müvafiq qanun qəbul etsə, bunun büdcə vasitəsilə icrasında problem olmayacaq. Bunu tam məsuliyyətimlə deyirəm" - deyə nazir qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar