Mailə Muradxanlı vəfat edib
12 İyun 2010 Şənbə 11:15
Əməkdar jurnalist Mailə Muradxanlı bu gecə dünyasını dəyişib.
Bu gecə məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı və respublikanın əməkdar jurnalisti Mailə Muradxanlı vəfat edib.

1940-cı ildə Salyanda anadan olan Muradxanlı filologiya fakültəsinin jurnalistika bölməsində təhsil alıb. Azərbaycan Dövlət Televiziya və Radio verilişləri şirkətində bir çox redaksiyalarda rəhbər vəzifələrdə çalışıb. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm yazılar yazıb.

Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Ruscadan azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir.

Qeyd edək ki, Maliə Muradxanlı bu gecə rəhmətə gedib. Onun ölümünə qan təzyiqi səbəb olub. Mərhumla vida mərasimi bu gün saat 15 radələrində yaşadığı evin qarşısında olacaq. O Maştağa qəbirstanlığında dəfn ediləcək.

Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olub. Onlar 1946-cıildə ailəliklə Bakıya köçüblər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirib (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirib (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlayıb, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləyib. Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olub. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib.Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətninin müəllifidir. Azərbaycan Mədəniyyət Nazirliyinin ilə bir neçə pyesi Azərbaycan dilinə çevirib. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar