Mahmud Əhmədinejad İlham Əliyevə zəng vurub
20 İyun 2011 Bazar Ertəsi 00:48
Tərəflər regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıb.
Ötən gün (19 iyun) İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. ANS PRESS Azərbaycan prezidentinin rəsmi internet saytına istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişafından danışıblar. Telefon söhbəti zamanı həmçinin ikitərəfli əlaqələr, regional təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. ASPRESS
DOSTLARINLA PAYLAŞ: