Mahmud Abbas Şəhidlər xiyabanını ziyarət edib
29 İyun 2011 Çərşənbə 13:21
Fələstin prezidenti Mahmud Abbas “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Ölkəmizdə rəsmi səfərdə olan Fələstin prezidenti Mahmud Abbas Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də güllər düzülüb.

Mahmud Abbas həmçinin Azərbaycanın azadlığı və bütövlüyü uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fələstin prezidenti Mahmud Abbas “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fələstinin və Azərbaycanın dövlət himnləri səslənib.

Sonra Prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar