Mahaçqalada dəmir yolu partladıldı
12 Mart 2010 Cümə 00:55
Bakı-Tümen və Tümen-Bakı sərnişin qatarlarının hərəkətinin qeyri-müəyyən müddətə təxirə salınacağı gözlənilir
Mahaçqalada yük qatarının altında partlayış törədilib. ANS PRESS “İnterfaks”a istinadən xəbər verir ki, partlayış nəticəsində elektrovoz və 12 vaqon relsdən çıxıb. Ölən və yaralanan yoxdur. Rusiyanın Şimali Qafqaz dəmir yolunun Mahaçqala şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 21.20-də (Bakı vaxtı ilə saat 22.20) Mahaçqalanın Kirov rayonunda neft bazası yaxınlığında baş verib.

Boş qatar Dərbənddən gedirmiş. Vaqonlar relsdən çıxsa da, aşmayıblar Qatarın altında partlayış baş vermiş lokomotivinə ziyan dəyib. Dəmir yolu xəttində 30 sm. dərinliyində çala əmələ gəlib, relsinbir hissəsi sıradan çıxıb.

Hazırda hadisə yerində partlayıcı mütəxəssisləri işləyirlər. Onlar istisna etmirlər ki, relsin ətrafınd abaşqa partlayıcı qurğular da ola bilər. Yoxlamalar başa çatdıqdan sonr dəmiryolçular bərpa işlərinə başlamalıdırlar.

Nəqliyyat milisinin məlumatına görə, bu gecə partlayışın baş verdiyi ərazidən Tümen-Bakı və Bakı-Tümen sərnişin qatarları keçməlidir. Onların qeyri-müəyyən müddətə ləngiyəcəyi ehtimal olunur.

Partlayışın gücü barədə hələlik heç bir məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar