Liviyaya yeni xarici işlər naziri təyin edildi
06 Aprel 2011 Çərşənbə 03:08
Əbdülati Übeydi ötən həftə Yunanıstan, Türkiyə və Maltada böhrandan çıxış yollarını axtarmışdı
Liviyanın xarici işlər naziri vəzifəsinə bu vaxtadək nazir müavini işləyən Əbdülati Übeydi təyin edilib. Məlumatı “Əl Ərəbiyyə” telekanalı yayıb. Übeydi ötən həftə böhrandan çıxış yollarını müzakirə etmək üçün Yunanıstan, Türkiyə və Maltada səfərdə olub.

Xatırladaq ki, keçmiş XİN rəhbəri Musa Kusa martın 30-da Böyük Britaniyaya qaçıb və siyasi sığınacaq istəyib. O, öz qərarını Qəddafi qoşunlarının Liviya xalqına qarşı zor tətbiq etməsini yolverilməz sayması ilə əsaslandırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar