Liviyanın xarici işlər naziri qiyamçıların əlinə keçdi
01 Sentyabr 2011 Cümə Axşamı 00:40
Qəddafi hökumətinin nümayəndəsi öz fermasında həbs edilib
Liviyanın xarici işlər naziri Əbdül Ati əl-Obeydi qiyamçılar tərəfindən hzəbs edilib. Məlumatı “Reuters” agentliyi şahidlərə istinadən yayıb. Agentliyin məlumatına görə, Qəddafi hökumətinin yüksək rütbəli funksioneri paytaxt Tripolinin kənarındakı fermasında həbs edilib.
Əbdül Ati əl-Obeydi nazir vəzifəsinə aprelin əvvəllərində Böyük Britaniyaya qaçan XİN rəhbəri Musa Kusanın yerinə təyin edilib. O, son aylar ərzində digər ölkələrdən olan həmkarları ilə bir sıra görüşlər keçirib. Liviyalı nazir avqustun əvvəllərində Afinada Yunanıstanın xarici siyasət idarəsinin başçısı Stavros Lambrinidislə danışıqlar aparıb, iyulda isə Moskvaya səfər edib.
DOSTLARINLA PAYLAŞ: