Liviyanın şərqində gərginlik davam edir
24 Mart 2011 Cümə Axşamı 17:38
Əcdəbiyyə sakinləri şəhəri tərk etməyə başlayıb
Liviyanın şərqində döyüşlər davam edir. Əcdəbiyyə şəhərindəki müxalifət qüvvələri Müəmmar Qəddafi qüvvələrinin yaxınlaşıb-yaxınlaşmadığına nəzarəti gücləndiriblər. Bu arada, NATO gəmiləri Liviya sahillərinin keşiyini çəkməyə davam edir. Qəddafi qüvvələri qərb hərbçilərinin avia və raket zərbələri qarşısında əlacsız qalaraq, ölkənin qərbindəki 2 əsas şəhər - Misrata və Zintan şəhərlərindən öz tanklarını geri çəkiblər.
Əcdəbiyyə şəhərində su və elektrik enerjisi kəsilib. Müəmmar Qəddafinin göstərişit ilə şəhərin su və işıq təchizatının dayandırıldığı bildirilir. Yaşayış üçün çətin şərait yarandığından, Əcdəbiyyə sakinləri şəhəri tərkə etməyə başlayıb.
Qəddafi qüvvələrinə qarşı beynəlxalq hərbi əməliyyatların davam etdiyi bir vaxtda, İtaliyanın şimalındakı Aviano avia-bazasından ABŞ-a məxsus daha bir neçə qırıcı təyyarə havaya qalxıb. Bir neçə F-18 qırıcı təyyarəsi və C-130 təyyarələri Aralıq dənizindəki missiya üçün hərəkətə keçib.
DOSTLARINLA PAYLAŞ: