Liviyadakı azərbaycanlıların evakuasiyasına başlanır
23 Fevral 2011 Çərşənbə 14:26
Bu gün Tripolidən təqribən 20 azərbaycanlı Ukraynaya təxliyə ediləcək
Azərbaycan Ukrayna hərbi təyyarəsi ilə Liviyada olan vətəndaşlarını evakuasiya edir. Bu gün paytaxt Tripolidən 20-yə qədər azərbaycanlı Ukraynaya evakuasiya olunacaq. Liviyadakı Azərbaycan səfirliyinin nümayəndəsi Mahir Alıyevin ANS-ə verdiyi məlumata görə, evakuasiya iki mərhələdə həyata keçiriləcək.
“Biz hazırda Ukrayna ilə danışıqlar aprırıq. Vətəndaşlarımız Ukraynaya məxsus hərbi təyarə ilə təxliyə ediləcək. İlk olaraq qadın və uşaqları, daha sonra isə tələbə və səfirlik əməkdaşlarını evakuasiya etmək niyyətindəyik. Hazırda bizim səfirlik yerləşən yer sakitçilikdir",- deyə səfirlik əməkdaşı bildirib.
M. Alıyevin sözlərinə görə, səfirlik isə öz işini davam etdirir: "Gündüz saat 9-dan 4-ə qədər fəaliyyət göstərə bilirik. Sonra komendant saatı başlayır və biz qalan vaxtı evdə oluruq”,
DOSTLARINLA PAYLAŞ: