Liviyada hərbi əməliyyat 3 aydan çox sürə bilər
25 Mart 2011 Cümə 16:30
Qurum Liviyada uçuşsuz zona yaradılması üzrə hərbi əməliyyata 48 saatdan sonra başlaya bilər
Beynəlxalq koalisiyanın Liviyada həyata keçirdiyi hərbi əməliyyatlar davam edir. ANS PRESS "Reuters" agentliyinin Liviyada çəkdiyi fotoları təqdim edir.
Liviyada hərbi əməliyyat NATO rəhbərliyinin planına uyğun olaraq 90 gün ərzində davam edəcək. Amma bu müddət lazım olduğu təqdirdə azaldıla və ya artırıla bilər. Bu barədə "Reuters" agentliyi alyansın rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, NATO-nun Liviyada uçuşsuz zona yaradılması üzrə hərbi əməliyyatı 48 saatdan sonra başlaya bilər. Bu barədə bir qədər əvvəl NATO hərbi komandanlığının nümayəndəsi Cefri But bildirib.
"Məndə hələlik dəqiq vaxt qrafiki yoxdur, ancaq təcrübə deyir ki, bunun üçün ən azı 48 vaxt lazımdır", deyə o qeyd edib.
Xatırladaq ki, NATO üzv ölkələri dünən Liviyada uçuşsuz zonanın yaradılması üzrə razılığa gələ biliblər. Bu barədə alyansın baş katibi Anders Foq Rasmussen bildirib. Onun sözlərinə görə, bu, Liviya vətəndaşlarının müdafiəsi və təhlükəsizliyi məqsədilə ediləcək.
Rasmussen həmçinin bildirib ki, ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin mandatı Liviya üzərində yalnız uçuşsuz zonanın yaradılması ilə məhdudlaşır, amma NATO qüvvələri öz təhlükəsizliklərinin qorunması məqsədilə güc tətbiq edə bilərlər.
NATO hərbi komandanlığının nümayəndəsi But isə deyib ki, NATO pilotları təyayrələrin vurulmasından qaçmağa və silah tətbiq etmədən pilotları uçuşsuz zonada uçuşları daynandırmağa çalışacaqlar.
Qeyd edək ki, dünən Fransanın xarici işlər naziri Alen Jüppe bildirmişdi ki, Liviya lideri Müəmmar Qəddafiyə qarşı koalisiya qüvvələrinin hərbi əməliyyatı gün və həftələrlə davam edə bilər, amma aylara davam edə bilməz.
DOSTLARINLA PAYLAŞ: