Liviya qiyamçıları Qəddafinin atəşkəs təklifini rədd etdilər
21 Aprel 2011 Cümə Axşamı 02:37
Keçid hökumətinin nümayəndəsi: “NATO qüvvələri havadan dəstək verdikdən sonra mövqelərimiz möhkəmlənib”
Liviya qiyamçıları Müammər Qəddafi hökumətinin döyüşlərin dayandırılması barədə təklifinə imtina cavabı veriblər. Qiyamçıların formalaşdırdığı keçid hökumətinin nümayəndəsi bildirib ki, NATO qüvvələri havadan dəstək verdikdən sonra üsyançıların mövqeləri möhkəmlənib. O, məlumat verib ki, dinc əhalinin qorunması üzərində işləməli olan Britaniya, İtaliya və Fransa hərbi müşavirləri hələ Liviyaya getməyiblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar