Liviya ordusunun ali baş komandanı ev dustağıdır
22 Fevral 2011 Çərşənbə Axşamı 03:31
O, ölkəni bürüyən hakimiyyət əleyhinə çıxışların öhdəsindən gələ bilmədiyinə görə cəzalandırılıb
Liviya Silahlı Qüvvələrinin ali baş klomandanı, general-leytenant Əbu Bək Yunis Cabir ölkəni bürüyən hakimiyyət əleyhinə çıxışların öhdəsindən gələ bilmədiyinə görə ev dustağına çevriilb. Məlumatı İranın Press TV telekanalı Liviyanın Ərəb Ölkələri Liqasındakı keçmiş nümayəndə Abdel Maneym əl-Honiyə istinadən yayıb. “Mən təsdiqləyirəm ki, Liviya ordusunun rəhbəri Əbu Bəkr Yunis Cabir hazırda ev dustaqlığındadır”, - deyə diplomat bilirib. Məlumat hələlik rəsmən ətsdiqlənməyib.

Abdel Maneym əl-Honinin özü isə nümayişçilərə qarşı həddindən artıq güc nümayişinə etiraz əlaməti olaraq Liviyanın Ərəb Ölkələri Liqasındakı nümayəndəsi vəzifəsindən istefa verib.

Liviyada 42 ildir ölkəyə rəhbərlik edən Müəmmər Qəddafinin istefası tələbilə etiraz aksiyaları fevralın 15-dən keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, Tripolinin bombalanmasınadək iğtişaşlar nəticəsində 500 nəfər ölmüşdü. Yaralıların sayı 4000 nəfərə yaxındır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar