Litva prezidentinin Azərbaycana səfəri gözlənilir
20 Noyabr 2010 Şənbə 18:35
Bu, Dalya Qribauskayteninin Cənubi Qafqaza səfəri zamanı nəzərdə tutulub
Bu ilin yanvar ayından etibarən ATƏT-ə sədrlik missiyasını öz üzərinə götürəcək Litvanın dövlət başçısı Dalya Qribauskayteninin Azərbaycana səfər edəcəyi gözlənilir. Bu haqda ANS-ə eksklüziv müsahibəsində Litva prezidenti özü açıqlama verib.

Litva prezidenti Dalya Qribauskayteni müsahibəsində bildirib ki, ölkəmizə səfəri Cənubi Qafqaz regionuna səfəri zamanı nəzərdə tutulub: "Bu səfər çərçivəsində böyük ehtimalla Azərbaycanda da olacağam. Hələlik vəd vermirəm, amma bu cür səfər mümkündür”.

Onun sözlərinə görə, bu halda ümumavropa kontekstində Avropa və Azərbaycan əlaqələri, əlbəttə ki, Azərbaycan-Litva münasibətləri haqda danışmaq mümkün olacaq.

“Təbii ki, Litva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafi bizi sevindirir. Sizin sərmayəçilərin Litvada investisiyalar qoymasında maraqlıyıq. Eləcə də, bizim investorlar da yeni bazarlar axtarırı. Biz dost, beynəlxalq saziş və öhdəlikdlərə əməl edən bütün dövlətələrlə əməkdaşlığa hazırıq”,- deyə Litva prezidenti Dalya Qribauskayteni vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar