Leyla Yunus niyə ölkədən qaçmaq istəyib?
29 Aprel 2014 Çərşənbə Axşamı 22:13
Leyla Yunus və onun həyat yoldaşı cəmi 2 saata Fransada yaşamaq hüququ verən beş illik viza alıb.
Ötən gecə Bakını tərk etmək istəyərkən saxlanılan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Leyla Yunus yoldaşı Arif Yunusla birlikdə sərhədi keçmək istəyərkən saxlanılmışdılar. Vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işilə əlaqədar şahid kimi dindirilən Leyla Yunus üçün mediyanın suallarını da cavablandırmaq bir o qədər asan olmayıb.

Əslində Leyla Yunusun saxlanılması bir müddət əvvəl Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaqda şübhəli bilinərək barəsində 3 ay həbs qəti imkan tədbiri seçilən jurnalist Rauf Mİrqədirovun həbsindən sonra gözlənilən idi. Çünki Leyla Yunus bu hadisədən sonra belə bir açıqlama verdi.

“Rauf Mirqədirov 2001-ci ildən etibarən hər il mənim rəhbərlik etdiyim Sülh və Demokratiya İnstitutunun xəttilə Ermənistanda kecirilən tədbirlərdə istirak edir. Gəlib məni də həbs etsinlər”.

Amma görünür, Sülh və Demokratiya İnstitutunun direktoru buna hazır deyilmiş. Əks halda, o, gecə saatlarında əri Arif Yunusovla birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakıdan Dohaya uçmaq istəyərkən saxlanılmazdı. Bu zaman Leyla xanımı müşayiət edənlər arasında Birləşmiş Ştatların və Fransanın ölkəmizdəki səfirliklərinin nümayəndələri də olub. Bəzi məlumatlara görə, Leyla Yunus Fransaya getməyi planlaşdırırmış. Onun vəkili Xalid Bağırovun verdiyi məlumata görə, hüquqlarını müdafiə etdiyi şəxs Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra, onların əşyaları yoxlanılıb və dindiriliblər.

İnformasiya agentliklərinin yaydığı məlumata görə, Leyla Yunus və onun həyat yoldaşı cəmi 2 saata Fransada yaşamaq hüququ verən beş illik viza alıblar. Bundan sonra səhərə yaxın Leyla Yunusun yaşadığı ünvana, Yasamal rayonu, Nizami 53-ə gəliblər. Hər halda, yayılan kadrlarda Leyla Yunusun evində axtarış aparmaq istəyən prokurorluq və polis əməkdaşları ilə onun arasında insident yaşandığı görünür. Leyla Yunus polisin onu, hətta ayaqyolunda belə müşahidə etdiyini deyir.

Yasamal Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov isə ANS-ə açıqlamasında bildirib ki, Leyla Yunusun psixoloji vəziyyətini nəzərə alaraq belə bir addım atıblar.

Yasamal rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun sözlərinə görə, qadın polis əməkdaşları gələnə qədər Leyla Yunus çıxıb gedib. Hara? Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə.

Təxminən 16 radələrində Leyla Yunus istintaq idarəsindən çıxdı və bir göz qırpımında jurnalistlərin əhatəsinə düşdü. Bildirdi ki, o, səhər saatlarından burdadır və indi də onu evində, Nizami 53-dəki mənzilində axtarış aparmaq üçün buraxırlar. Səhhətinin buna imka vermədiyini deməsi isə heç kimi maraqlandırmır. Leyla Yunus qanunsuz saxlanıldığını, əlindən pasportunun alındığını və saxlanıldığı müddətdə ondan ancaq Rauf Mirqədirovla münasibətləri haqda soruşduqlarını bildirdi.

Mənim soruşduğum "Sizin yanınızda niyə (söhbət Amerika və Fransa) səfirlər vardı?" sual isə onu qane etmədi.

Leyla Yunusun bu haqda heç nə demək istəməməsi onun öz işidir. Amma jurnalistlərin işi əlbəttə ki, hər şeyi təfərrüatına qədər araşdırmaqdır. Elə məhz kütləvi-informasiya vasitələri yazdılar ki, Leyla Yunus evində axtarış aparılacağına dair bildirişi alandan sonra səfirlik əməkdaşlarının müşayiətilə ölkədən qaçmaq istəyib.

Bu yerdə xatırladım ki, Leyla Yunus ermənilərlə işbirliyində şübhəli bilinir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar