Levon Ter-Petrsoyan: “Ermənistan və Qarabağ təpəsi üstə ölümə gedir”
03 Noyabr 2010 Çərşənbə 01:05
Levon Ter-Petrsoyan: “Bu cür davam etsə, hakimiyyət Dağlıq Qarabağı təhvil verəcək”.
“Bu cür davam etsə, hakimiyyət Dağlıq Qarabağı təhvil verəcək”. Ermənistan müxalifətinin lideri, ölkənin ilk prezidenti Levon Ter-Petrosyan bunu “Azatutyun” radiostansiyasına müsahibəsində deyib: “Xalqımız, dövlətimiz və Qarabağ isə təpəsi üstə ölümə gedir. Bizim vəzifəmiz bunun qarşısını almaqdır. Bunun üçün hər şeyi edirik. Xahiş edirəm, əgər kömək etmək istəyənlər varsa, qoy, gəlsinlər və kömək etsinlər”.

Levon Ter-Petrosyan etiraf edib ki, son vaxtlar Ermənistan müxalifətinin mitinqlərində iştirak edənlərin sayında azalma müşahidə olunur. Onun fikrincə, bu, ölkədə yeni seçkilərin gözlənilməməsi ilə bağlıdır: “Dünyada çoxlu sayda adamlar var ki, seçkidən seçkiyə siyasətə qoşulurlar. Ermənistanda baş verənlər möcüzədir. Dünyanın heç bir ölkəsində belə şey yoxdur ki, seçkilərdən 2-2,5 il sonra insanlar toplaşır və tələblərində israr edir”. Ermənistanın ilk prezidenti əmindir ki, lazım olan anda müxalifətin tərəfdarları yenidən çıxış edəcək və onların sayı 2008-ci ildəkindən çox olacaq. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar