Lerik rayonunda göl məcrasını aşıb, həyətyanı sahələri su basıb
25 Aprel 2012 Çərşənbə 11:00
Lerik rayonunun Rvarud kəndi ərazisindəki göl məcrasını aşıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 4.00 radələrində qeydə alınıb. Gölün suyu ətrafdakı evlərin həyətyanı sahələrini basıb. Mövcud vəziyyət barədə müvafiq qurumlara məlumat verilib. Hadisə yerinə təcili olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, kənddə 4 fərdi yaşayış evinin həyətini su basıb, bir evin içərisi isə tamamilə su ilə dolub və oradakı əşyalara ziyan dəyib. Hazırda aidiyyatı qurumlar hadisə yerində qəzanın fəsadlarını aradan qaldırmaqla məşğuldur. Gölün hansı səbəbdən daşması faktı dəqiqləşdirilir.
DOSTLARINLA PAYLAŞ: