Lavrov İrəvandan Qarabağla bağlı bəyanat verdi
02 Aprel 2012 Bazar Ertəsi 18:42
"Rusiya Qarabağ nizamlanması üzrə dialoqun davam etdirilməsinə hərtərəfli səylər göstərməyə hazırdır"
Rusiya Qarabağ nizamlanması üzrə dialoqun davam etdirilməsinə hərtərəfli səylər göstərməyə hazırdır. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov çıxış edib.
Brifinqdə jurnalistlərin suallarını cavablandıran diplomat bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev ATƏT-in Minsk qrupu həmsədrlərinin gördüyü işə yardım məqsədilə Azərbaycan və Ermənistan prezidentləri ilə xeyli sayda görüşlər keçirib. Onun sözlərinə görə, Medvedev sülh sazişinin əsasında yer alacaq əsas prinsiplərə dair ümumi anlaşmanı əldə etmək üçün səylərini əsirgəməyib.
“Ermənistan və Azərbaycan Rusiya üçün dost ölkələrdir və strateji tərəfdaşdırlar. Moskva onların arasındakı münasibətlərin necə formalaşmasına laqeyd deyil”, - deyə Lavrov vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: