Laçındakı abidələr erməniləşdirilib
18 May 2010 Çərşənbə Axşamı 11:55
Ərazidə yerləşən abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır.
Respublikamızın dilbər guşələrindən olan Laçın rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, qala tipli abidələr, məbədlər, çoxlu sayda qəbirüstü abidələr, at, qoç fiqurları, süjetli daşlar, birtağlı və ikitağlı körpülər ilə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarıdır.
Ağoğlan məbədi (VI əsr), Cicimli kəndində Məlik Əjdər türbəsi (XII əsr), Kar Künbəz türbəsi (XVII əsr), Soltanlar kəndində Həmzə Soltan sarayı (1761-ci il), Quşçu kəndində Pir (XII-XIII əsirlər), Uşaq qalası (XV əsr), Şəlvə kəndində məbəd, Mirik kəndi ərazisində qala (XV əsr), Zeyvə kəndində Soltanbaba türbəsi, Güləbird kəndində Sultanbud məbədi, Minkənd kəndində Alban kilsəsi, XIX əsrə aid ikitağlı və birtağlı körpülər, Seyidlər kəndində birtağlı körpü (XIX əsr), Pircahan körpüsü, orta əsrlərə aid sənduqə, qoç və at abidələri, dəmir və tunc dövrünə aid kurqanlar, qəbiristanlıqlar və onlarca digər məbədlər 18 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib. Laçın rayonunda mövcud olan tarixi, mədəni və dini abidələrin bir hissəsi dağıdılıb, bir hissəsi isə erməniləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: