Laçın dəhlizini türk əsgərləri qoruyacaq?
12 Mart 2010 Cümə 10:25
Türkiyə Qarabağda yaradılacaq beynəlxalq qüvvələrə əsgər verməyə hazır olduğunu bildirib
Türkiyə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ problemi həll edildikdən sonra bölgədə yaradılacaq beynəlxalq sülhməramlı qüvvələrə əsgər verməyə hazır olduğunu bildirib.
Türkiyə diplomatik mənbələrindən “Haberler.com”a verilən məlumata görə, türk əsgərinin Ermənistan ilə Dağlıq Qarabağı bir-birinə bağlayan Laçın dəhlizinin təhlükəsizliyinin təmin olunmasında iştirak etməsi planlaşdırılır.
“Bakı ilə İrəvan arasında razılaşma əldə edildikdən sonra Ermənistan işğal altındakı yeddi bölgədən beşini dərhal boşaldacaq, Laçın və Kəlbəcərin boşaldılma prosesi isə 5-8 il sürə bilər”, deyə məlumatda bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: