KXCP İran səfirliyi qarşısında aksiya keçirib
31 Dekabr 2011 Şənbə 17:04
Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.


APA-nın məlumatına görə, aksiyada bu ölkədəki azərbaycanlıların milli haqlarının pozulmasına, təzyiq, işgəncə və repressiyalara məruz qalmasına, ana dilində məktəblərinin olmamasına etiraz edilib.

Aksiyada “Azərbaycan!”, “Təbriz!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Azərbaycan bir olsun, istəməyən kor olsun!” kimi şüarlar səsləndirilib. Piketin qətnaməsi oxunduqdan sonra sənəd İran səfirliyinə təqdim olunub.

Razılaşdırılmamış aksiya insidentsiz başa çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar