Kür Hacıqabul rayonunda daha bir bəndi yarıb
20 May 2010 Cümə Axşamı 10:55
Kür Hacıqabul rayonunda daha bir bəndi yarıb. Ərazidə bəndbərkitmə işləri aparılır.
Kür çayı Hacıqabul rayonunun Talış kəndi istiqamətində birinci qoruyucu bəndi yarıb. APA-nın xəbərinə görə, hadisə bu gecə saatlarında baş verib. Əraziyə cəlb olunan çoxsaylı texnika və canlı qüvvə bənd bərkitmə işləri aparır.
Qeyd edək ki, Bakını su ilə təchiz edən əsas kəmər həmin kənddən keçir. Ancaq Kürün bəndi yarmasının su kəməri üçün təhlükəsi yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: