Kübra Əliyevanın oğlu həbs olunub
19 Noyabr 2010 Cümə 13:05
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, aptekə daxil olan R.Məmmədov orada satıcı işləyən, Elmira Məmmədovaya baş nahiyəsindən yumruqla xəsarət yetirərək, kassa aparatından 505 manat pul aparıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən, əvvəllər məhkum olunmuş Rauf Məmmədov tutulub. İlkin dindirilmə zamanı o, narkotik istifadəçisi olduğunu və quldurluq əməlini də məhz buna görə törətdiyini deyib.
Onu da qeyd edək ki, Rauf Məmmədov Azərbaycanın tanınmış aktrisası, xalq artisti Kübra Əliyevanın oğludur. O, Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar