KTMT-ya üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq
13 Avqust 2010 Cümə 11:55
Sammit çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin prezidentləri İrəvana toplaşacaq. Ermənistan mətbuatının ölkə prezidentinin mətbuat katibliyinə istinadən yaydığı xəbərə görə, avqustun 20-də İrəvanda KTMT-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək.
Sammit çərçivəsində dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək, işçi müzakirələr təşkil olunacaq. Bundan başqa İrəvan və Göyçədə ikitərəfli görüşlər olacaq.
Ermənistan prezidentinin mətbuat katibliyi, həmçinin bəyan edib ki, sammitin gündəliyində regional təhlükəsizlik, eləcə də təşkilata üzv ölkələrin müasir çağırışlar və təhlükələrə qarşı birgə əməkdaşlıq məsələləri də var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: