Kristian Dolezal: TANAP-ın elan olunması Nabucco səhmdarları üçün sürpriz idi
23 İyul 2012 Bazar Ertəsi 11:09
Trans-Anadolu (TANAP) boru xəttinin çəkilməsi ilə bağlı Azərbaycan və Türkiyə arasında razılaşmanın elan olunması “Nabucco” səhmdarları üçün sürpriz olub.
Bu barədə «APA-Economics”ə müsahibəsində “Nabucco Gas Pipeline International GmbH” konsorsiumunun sözçüsü Kristian Dolezal bildirib.
O, sözügedən qərarın Azərbaycan və Türkiyə üçün məntiqi inkişaf olduğunu söyləyib: “Bizim səhmdarlar çevikdirlər və onlar sonradan vəziyyətə uyğunlaşdılar”.
K.Dolezal hesab edir ki, bu iki layihənin - TANAP və “Nabucco West”in həyata keçirilməsi üçün yaxşı baza var: “Biz bu layihələrin birləşdirilməsi üçün danışıqlara başlanmasında maraqlıyıq. Ümid edirik ki, yaxın aylarda bu müzakirələr başlanacaq və biz bir qərara gələcəyik”.
DOSTLARINLA PAYLAŞ: