Kremldən “erməni açılımı”na alqış
02 Sentyabr 2009 Çərşənbə 02:00
Rusiya XİN: “İki ölkə arasında nəzərdə tutulan addımlardan heç biri üçüncü tərəfə ziyan vuran tədbir kimi dəyərləndirilməməlidir”
Rəsmi Moskva Türkiyə və Ermənistanın diplomatik əlaqələrin qurulmasına hazırlıq nümayiş etdirməsini alqışlayır.ANS PRESS xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilib.
Rusiya XİN-in açıqlamasında deyilir: “Ermənistan və Türkiyə bizə dost ölkələrdir. Onlar arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişləri qanunauyğun və çoxdan gözlənilən proses kimi qəbul edirik. Türkiyə və Ermənistanın daxili işi olan məsləhətləşmələr substantiv razılaşmalarla nəticənərsə, buna sevinərik”.
Rusiya XİN bəyan edir ki, iki ölkə arasında imzalanması nəzərdə tutulan protokol layihələrinin, elementlər və onların reallaşdırılması qrafikinin ilkin təhlili məsələlərin ciddiliyini, eləcə də İrəvan və Ankaranın qətiyyətini göstərir: “Qeyd edirik ki, sənəddə nəzərdə tutulan addımlardan heç biri üçüncü tərəfə ziyan vuran tədbir kimi dəyərləndirilməməlidir”.
DOSTLARINLA PAYLAŞ: