Kreml MDB-yə islahatlarla süni nəfəs vermək istəyir
24 Yanvar 2010 Bazar 01:55
Sergey Narışkin: “MDB-də islahatların aparılması ideyasında qeyri-adi heç nə yoxdur”
Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin hesab edir ki, Müstəqil Dövlətlər Birliyində (MDB) islahatlar aparılmalıdır. O bildirib ki, islahatlar ilk növbədə idarə strukturlarını əhatə etməlidir.
Kreml rəsmisi qeyd edib ki, dünyada daimi heç nə yoxdur və Birlikdə islahatların aralıması ideyasında qeyri-adi nəsə axtarmaq lazım deyil: “Bu, tamamilə normal prosesdir. MDB çərçivəsində fəaliyyətin konkretləşdirilməsi istiqamətində hərəkət etmək lazımdır”. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri bildirib ki, Birlik çərçivəsində əməkdaşlıq həm ona üzv olan ayrı-ayrı ölkələr, eləcə də MDB-nin özü üçün faydalı olmalıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: