Kot-d’İvuarda Loran Qbaqbo təslim olmaq qərarına gəlib
05 Aprel 2011 Çərşənbə Axşamı 13:08
Ancaq Loran Qbaqbonun yeri məlum deyil
Kot-d’İvuarın hakimiyyəti təhvil verməkdən boyun qaçıran keçmiş prezidenti Loran Qbaqbo təslim olmaq qərarına gəlib. Dünya ictimaiyyətinin Kot-d-İvuar prezidenti kimi tanıdığı Alassan Uattaranın köməkçisi və bu ölkənin Fransadakı səfiri Alli Kulibalinin sözlərinə görə, Qbaqbo bu gün Uattaranın nümayəndələri ilə danışıqlar masasına əyləşməyə razılaşıb. Loran Qbaqbonu güzəştə getməyə nəyin vadar etdiyi isə məlum deyil.

Qeyd edək ki, Uattara tərəfdarları artıq Abican şəhərində Loran Qbaqbonun iqamətgahına hücum ediblər. BMT və Fransa hərbi-hava qüvvələrinə məxsus təyyarələrdən isə Qbaqbonun iqamətgahına avia-zərbələr endirilib. Qbaqbonun iqamətgahın bunkerində gizləndiyi və üsyançılarla Fransadakı səfir vasitəsilə əlaqə saxladığı barədə məlumatlar yayılıb. Abican şəhəri ətrafında yerləşən 2 hərbi baza da avia-zərbələrə məruz qalıb.

Qeyd edək ki, Kot-d’İvuarda iki prezident arasında silahlı qarşıdurma 2010-cu ilin sonunda, ölkədə son 10 ildə ilk prezident seçkilərindən sonra başlayıb. Alassan Uattara rəsmi olaraq seçkilərin qalibi olsa da, Loran Qbaqbo öz postunu təhvil vermək istəməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar