Korrupsiyaya qarşı mübarizəyə dəstək məqsədilə yeni sayt istifadəyə verilib
15 Fevral 2011 Çərşənbə Axşamı 13:07
Saytda bütün xidmətlər üzrə dövlət tarifləri və digər məlumatlar yerləşdirilib.
Azərbaycanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın dəstəyi ilə yeni sayt yaradılıb. ANS PRESS-in məlumatına görə, "www.rusum.az" portalının yaradılmasında məqsəd vətəndaşları dövlət qurumları tərəfindən göstərilən xidmətlərə görə ödənilən rüsumlar və tariflər barədə məlumatlarla təmin etməkdir. Bu bütün rüsumlar və tariflər barədə yaradılan ilk vahid informasiya mənbəyidir.

Burada vətəndaşların dövlət orqanlarına müraciət etməsi üçün əlaqə ünvanlarını, telefonları və elektron poçt əlaqələri də təqdim edilib. Saytda dövlət qurumlarının qaynar xətləri, şəxsiyyət vəsiqəsinin alınması qaydası, kommunal xidmətlərin tarifləri və digər sahələrlə bağlı ətraflı məlumat yerləşdirilib.

Rusum.az portalının yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizəyə töhvə verməkdir.

Portal Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış “Prodemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi ” qeyri hökumət təşkilatlarının birgə təşəbbüsü və əməyi nəticəsində hazırlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar