Koreyalıların Azərbaycan sərgüzəştləri
13 May 2010 Cümə Axşamı 10:55
Gənclərdən ibarət 10 nəfərlik nümayəndə heyəti Şəki və İsmayıllıya səfər edəcək.
Koreyalı gənclərin Azərbaycana səfəri başlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 nəfərlik nümayəndə heyətinin ötən gün başlayan səfəri mayın 20-nə kimi davam edəcək. Səfər çərçivəsində koreyalı gənclər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, Gənclər və idman Nazirliyi, Dövlət Dillər Univetrsitetində görüşlər keçirəcək, İçərişəhər, Xalça Muzeyi, Tarix muzeyi, Zeynalabdin Tağıyevin Ev muzeyi ilə tanış olub, Şəki, İsmayıllıya səfər edəcəklər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2007-ci ildə Koreyaya səfəri zamanı “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandum çərçivəsində Koreya respublikası ilə gənclər mübadiləsinin həyata keçirilməsi əsas faktorlardan biri olub.

2008-2009-cu illərdə Azərbaycandan Koreyaya və Koreyadan Azərbaycana 10 gəncdən ibarət nümayəndə heyəti 10 gün müddətində səfər edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar