Koordinasiya Şurasının iclası başlayıb
29 Yanvar 2010 Cümə 15:55
Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı Tiflisdə müzakirələr aparılır
Bu gün Gürcüstanın paytaxtı Tiflisdə Bakı-Tiflis-Qars dəmiryol xətti layihəsinin Koordinasiya Şurasının 8-ci iclası başlayıb. İclasda dəmiryol xəttinin tikintisində mövcud vəziyyət və struktur məsələləri müzakirə edilir.
“Marabda-Kartsaxi Dəmir Yolu” səhmdar cəmiyyətinin 2010-cu il büdcəsinin təsdiqi, maliyyə məsələləri barədə də müzakirələr aparılır. Qapalı keçirilən iclasın yekununda tərəflərin müzakirələr barədə açıqlama verəcəyi gözlənilir.
Toplantıda Azərbaycanı nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Xatırladaq ki, Baki-Tiflis-Qars dəmir yolu xətinin inşaası ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd ölkə başçıları səviyyəsində 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Sazişə görə çəkiləcək 105 kilomtr uzunluğunda xəttin 76 kilometri Türkiyənin, 29 kilometri isə Gürcüstanın payına düşür. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi dəmir yolları” MMC-yə güzəştli şərtlərlə 200 mln. dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yolun çəkilməsi, həmçinin köhnə yolların yenidən qurulması nəzərdə tutulub. Qeyd edək ki, dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın “Azərinşaatservis” şirkəti həyata keçirir. Dəmir yolunun 2011-ci ilin ortalarına qədər istifadəyə verilməsi planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: