Komsomolskaya pravda qəzeti ölkəmizdəki vəziyyətə kənardan baxış edib.
Rusiyanın ən nüfuzlu qəzetlərindən biri olan “komsomolskaya pravda” internet saytında Azərbaycan haqqında böyük məqalə dərc edib. Düzdür, burada yazılanların heçde hamısı ilə razı olmasaqda. Biz onu ANS PRESS olaraq oxucularımızın diqqətinə çatdırırıq.
Neft dollarları yağışı
“Biz indi zənginik və gələcəkdə daha da varlı olacağıq. Deməli, müstəqilik. Bax bunu orada, Moskvada bizə bağışlamayacaqsınız”. Bunu mənə azərbaycanlı məmurlardan biri 4 il öncə demişdi.
Əgər bir ölkənin pulu varsa, deməli o, min kiloemetrlərlə uzaqdan jazibədar və həssas ətir buxarlandırır. Pul - Azərbaycanda bütün siyasi və kübar danışıqların dəbdə olan fişkasıdır. Hətta yoxsul insanlar belə özlərinin gənc dövlətinin neft əzəmətinə heyrandırlar və Bakıda keçirilən “Eurovision” müsabiqəsi dünyanı yeni çiçəklənən Azərbaycan haqqında danışmağa vadar edəcəyinə inanırlar.
- Nə üçün biz pul haqqında bu qədər çox danışırıq? – təbəssümlə jurnalist Rauf Talişinski deyir. – Çünki, pul – keçmiş sovet məkanında ən əsas mövzudur. Biz Moskvanın maliyyə qarmağımndan asılı deyilik. Qaz almırıq, pul istəmirik.
Mənim fikrimcə, sizi ən çox bu, qıcıqlandırır. Rusiyada boyuna oturan və ya Moskva pilləkənlərində yığışan keçmiş sovet ölkələrinin tamahkarlığından şikayətlənməyi sevirlər. Bir tərəfdən bundan bezirlər, digər tərəfdən isə - əgər bu kütlədə kimsə çatmırsa, Moskva dərhal narahat olur: nə baş verib, nə üçün o yoxdur? Bu təmənnaçı kütlənin arasında Qazaxıstan, Türkmənistan və Azərbaycan yoxdur. Bizi belə sözlərlə şantaj etmək olmaz ki, “əgər biz sizə pul vermiriksə, siz acından öləcəksiniz”. Buna görə də, azərbayacanlı siyasətçilər Moskvadan adam görən kimi vurğulayırlar ki, bizim pulumuz var. Yəni, uşaqlar biz bu məsələni bağlamışıq.
Mülayim İslam
Mən Bakıya ancaq üçüncü dəfədən vuruldum, həm də görünür ciddi şəkildə. Hələ 4 il qabaq burada böyük tikinti gedirdi və toz dirək kimi göyə qalxırdı. Bu, betonqarışdıran şəhər idi. Bu gün inşaat cəhənnəmindən sadə dəbdəbəli prospektləri, sahilboyu meydanları və fəvvarələrin yer aldığı möcüzə paytaxt doğulub.
Bakıda yay gecəsi yatmaq qəribəlik hesab edilir. Axşam saat ondan bütün sakinlər demək olar ki, küçələrə çıxır və səhər saat 5-ə kimi gəzirlər. Nisbətən imkansız sakinlər əllərində qarpiz-yemişlə dənizə gedir, daha zənginlər isə dəbdəbəli pitsa, pub və suşi-barlarda otururlar.
Küçə cinayətləri sadəcə olaraq bomjlar və dilənçilər kimi yoxdur. Gecəyarıdan sonra ən qaranlıq dalanlarda gəzmək olar, heç kim xətrinizə belə dəyməyəcək. Bakılılar qayğısız, ünsiyətcil, həyat eşqi olan və yeməyi çox sevən insanlardırlar (hələ sovet vaxtından arağa meyillidirlər). Doyunca, yemək üçün burada dağlara və ya yol kənarı kafelərə gedirlər. Dəbdəbəli Bakı restoranlarından 100 dəfə daha yaxşı yemək verən belə yerlərdə əl ilə yağlı kabab, quyruq kababı yemək mümkündür.
Neft Bakısını tez-tez “nuvoriş” Moskvasının kiçik kopiyası adlandırılır. Yaxşı müqayisə deyil. Moskvada insanlar pulu amansız, yorucu yarışda qazanırlar. Bu pulları isə London və Parisə xərcləməyə üstünlük verir. Bakıda isə “düzgün istirahət etmək” ifadəsi hələ də əhəmiyyət kəsb edir. Bakılıların həzzlə və bacarıqla hər şeydən bayram yaratmaq həvəsi mənim çox xoşuma gəlir. Dəniz, günəş, çimərlik, yemək, musiqi – həyatın verdiklərindən maksimum həzz alırlar.
Öz xarakterinə görə Bakı dini dözümlülük olan, mülayim şəhərdir. Şiyəliyə meyilli olan azərbaycanlılar mülayim, yumşaq xasiyyətli, öz ölkələrinin kübar xarakterini vurğulayan müsəlmanlardırlar. Qadınlar burada daha çox açıq geyinirlər ki, nəinki örtülüdürlər. Qısa ətəkli, dərin dekoltələri görəndə müsəlman şəhərində olduğuna çətinliklə dərk edirsən.
Yerli füsunkar gözəllər 10 sm-ə qədər şpilka dikdabanlarda gəzir, məmnuniyyətlə kişilərin diqqətini cəlb edirlər. Müxtəlif qanların, millət və dillərin birləşməsi bu torpaqlara zərif, mehriban nəsil gətirib – yerli qadınların gözəlliyi heyrətə gətirir. Saçları ərəb atının yalı kimi, qızılı dərli və ceyran gözlü gözəllərdir. Bu fenomenin kişilərə aidiyyəti yoxdur, normal burunlu şərq kişləridir – fərqli heç nə yoxdur.
Azərbaycanlılar- gənc millətdir.
“Biz yeni xalqıq”,- deyə siyasətçi İlqar Məmmədov deyir. “Əgər siz 100 il öncə Bakıda küçəyə çıxıb insandan “Sən kimsən?” soruşsaydin, o belə cavab verərdi - müsəlman. Ancaq bundan sonra tatar. “Azərbaycanlı” kimliyi SSRİ dövründə düşünülüb. İndi isə o demokrafiq partlayışa təkan verən qüvvə və enerji toplayıb.
Politoloq Zərdüşt Əlizadə deyir ki, azərbayacanlılarda artım sürətlə gedir. SSRİ-də biz 7 milyon idik, indi isə 9 milyonuq. 20 ildə biz iki milyon artmışıq. Burada Ermənistandan gələn azərbaycanlı qaçqınlar da rol oynayıb. Onlar o vaxt televizoru belə olmayan çadır şəhərciklərdə yerləşdiriliblər. Əvvəl qaçqınlar öz kəndlərində işləyirdilər. Birdən onlar işsiz, lakin pulsuz qida ilə qaldılar. Nə ilə məşğul olmalıdırlar?
Bizdə hər yerdə həyat qaynayır. İstənilən həyət uşaqla boldur.
Moskva nə ilə xətrə dəyib
“Qriboyedov və 1829-cu ildə Tehranda russiyalı diplomatlar nəyə görə öldrülüb?”,- deyə politoloq Vəfa Quluzadə soruşur. O vaxt Rusiya Ermənistanı öznda xristian forpostu kimi yaratmaq istəyirdi və bu məqsədlə imperiyaya erməniləri yerləşdirirdi. Qriboedov ermənilərin İrandan deportasiyasına xidmət edirdi. Hər şey sakit gedirdi. Ancaq Rusiyaya göndərilən ermənilər arasında şahın hərəmindən qaçan iki erməni qadında var idi. Bu da qırğının başlanğıcı oldu.
Keçmiş imperiya siyasətinin XX əsrdə davamı ermənilərin xaricdən Cənubi Qafqaz sərhədlərinə repatriasiya stalin proqramı oldu. Yadımdadır, mənim uşaqlığımda bizim Bakıdakı həyətimizə iki erməni başmaqçısı yerləşdirilmişdi. Ancaq sovet hakimiyyəti erməniləri aldatdı. Onlara dedi: SSRİ cənnətdir. Onlar gələndən sonra hər şeyi gördülər, simsiz teleqraf işə düşdü – burda cəhənnəmdir, şəxsi mülkiyyət yoxdur, pul qazanmaq mümkün deyil. Və Azərbaycana repatriasiya dalana dirəndi.
Erməni- Azərbayan düşmənçiliyi və Dağlıq Qarabağın kimə məxsusluğu üzərində münaqişə çağdaş tarixin kəskin problem olmaqla yanaşı, SSRİ-ni dağıdan əsas səbəblərdən biridir. Bu, demək olar ki, ərəb-İsrail münaqişəsinin kopiyasıdır. Holokostdan sonra yəhudilər bütün qərb supergüclərinin dəstəyi ilə ərəblərin yaşadığı Fələstin ərazilərində dövlət yaratdılar. Yəhudilər bəyan etdilər ki, Əhdi-Ətiqə görə, onlar iki min il öncə bu ərazilərdə yaşyıblar. Ərəblər isə bildirdilər ki, Fələstin son minilikdə onların doğma torpağıdır. Bu, Ermənistan-Azərbaycan əraziləri ətrafında münaqişəyə çox bənzəyir. Erəmənilər iddia edirlər Cənubi Qafqaz tarixən Böyük Ermənistan ərazisi olub. Amma türklər (azərbaycanlılar) cavab verirlər ki, Böyük Ermənistan hələ IV əsrdə məhv olub. Sonra ermənilər də yəhudilər kimi Avropaya səpələniblər. Onların torpaqlarını isə fəal olaraq türk xalqları, ermənilərin gözündə “gəlmələr” tutublar (bu “gəlmələrin” artıq iki min ildir ki, burada yaşadığı onların vecinə də deyil).
1915-ci ildə ermənilərin Osmanlı imperiyasında “soyqırım"a uğramasından sonra (erməni alimlər iddia edirlər ki, 1,5 milyon erməni öldürülüb) bu qədim əzabkeş millət dünyada mərəhəmət istəməyə başladı (yəhudilərin Holokostdan sonra etdiyi kimi) və yeni erməni dövlətçiliyinin yaranması ideyasının bəyənilməsi ilə qarışılıq gördü. Ermənistan dünya xəritəsində bir dövlət kimi yalnız 1918-ci ildə İrəvan xanlığının ərazisində peyda ola bildi ki, buna Rusiya tərəfindən ermənilərin kütləvi şəkildə İran və Türkiyə ərazisindən köçünü təşkil etməsi imkan verdi (bu da yəhudilərin Fələstinə köçürülməsinin paraleli). Ancaq ermənilərin öz əraziləri saydığı Dağlıq Qarabağ artıq sovet Azərbaycanının tərkibində qaldı (əvəzində Ermənistan Zəngəzur ərazisini aldı ki, o vaxt bu, ədalətli dəyişmə sayılırdı). Yenidəqurmadan sonra Qarabağ uğrunda mübarizə yenidən qızışdı və demək olar ki, mifik sürət götürdü. Bədgüman insanlar bunda qərb xidmətlərinin əli olduğunu düşündülər. Ona görə də nə olursa olsun, məhz ərazi münaqisələrinin Pandora qutusunun ağzını açmış Dağlıq Qarabağ ilə sovet imperiyasının bütün mürəkkəb sistemi əyildi.
1991-1994-cü illərdə baş vermiş Ermənistan-Azərbaycan müharibəsində ermənilər inamlı qələbə qazandılar. Deməli, indi Azərbaycan onlardan Qarabağı (üstəgəl «təhlükəsizlik zolağı» kimi tutulmuş həmsərhədd 7 Azərbaycan rayonunu) yalnız güclə geri ala bilər. (Bakı ilə İrəvan arasında on səkkiz ildir ki, gedən və demək olar ki, bütün aparıcı dünya dövlətlərinin cəlb edildiyi sülh danışıqları ümidsiz şəkildə iflasa uğrayığb). Acı təhqir badəsini dibinə qədər içmiş Azərbaycan öz nifrətində nəinki möhkəmlənib və bərkiyib, həm də onun fikrincə, öz məğlubiyyətinin əsas günahkarının Rusiya olduğunu tapıb.
Siz işğalçısınız
Vəfa Quluzadənin sözlərinə görə, Azərbaycan siyasətində tamamilə hər şey ermənilərin işağl etdiyi Dağlıq Qarabağ məsələsinə gəlib çıxır. Qarabağ dünyanın başlanğıcı və sonudur. Bizim torpağımzın 20 faizi işğal edilib. Səbəb nədir? Hələ 90-cı illərdə rusiyalı strateqlər anlayırdılar ki, Sovet Ittifaqının dağılmasından sonra NATO genişlənəcək və Şərqi Avropa, Pribaltikanı tutacaq. Onlar Cənubi Qafqazı saxlamaq istəyirdilər. Əgər o qərbə oriyentasiyanı götürsə, Rusiya Şimali Qafqazıda itirəcək. Məhz bu məqsədlə Dağlıq Qarabağ və ətrafındakı 7 rayon işğal edildi.
- Siz düşünürsünüz ki, onları Rusiya işğal edib? – həyəcanla soruşdum
- Əlbəttə, Rusiya! Ermənilər bunu təkbaşına etmək iqtidarında deyildilər. Azərbaycan uzun illər Rusiyaya sədaqətlə xidmət edib. Sonra isə siz bizim üzümüzə tüpürdünüz. Rusiya bizə inanmır və ola bilər ki, haqlıdır. Sizə burada işləri qatmaq lazım idiki, Amerika soxulmasın.
Amma o girdi və sizin bütün siyasətiniz tamamilə bitdi. Indi bizim bütün dərsliklərimizdə yazılıb: Rusiya işğalçısır, o hələ Iranla müharibə vaxtı Azərbayacan torpaqlarını tutub. Ermənistan da bizim ərazimizdir. Orada heç bir Ermənistan dövləti olmayıb. Bu konfiliktlə Rusiya nəyə nail olmaq istəyirdi? Nə Azərbaycan, nə də Ermənistan Avropa Birliyinə, NATO-ya inteqrasiya edə bilməsin. Ancaq Rusiya həm Gürcüstanda, həm də Azərbaycanda batdı. Bütün Amerika və Avropa neft şirkətləri artıq çoxdan burdadır. Bu gün Azərbaycan ABŞ-ın maraq zonasıdır. Düzdür, hələ nə Ermənistan, nə də Azərbaycan bir biri ilə müharibə şəraitində olan ölkə olduğu üçün NATO-ya daxil ola bilməyib. Və Rusiyaya bunun mümkün qədər çox davam etməsi sərf edir. Bunun üçün də illər ərzində bütün sülh danışıqları pozulur.
- Biz heç bir nəticə verməyən sülh danışıqlarından yorulmuşuq, - deyə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də deyir. Bizə məğlubiyyətlik, intiqam hissi hakim kəsilib. Bəli, Azərbaycan silahlanır ki, öz ərazilərini azad etsin. Bizə çox silahlı olduğumuzu deyirlər. Mən isə hesab edirəm ki, bu hələ azdır, biz alışları artırmalıyıq.
“Azərbaycanda Rusiyaya qarşı bütün ritorika onun Dağlıq Qarabağla bağlı mövqeyindən dərin məyusluq hissi keçirməsi ilə bağlıdır”. Bunu fələsə doktoru Əli Abbasov deyir. “Bu tamamilə özününkü hesab etdiyi əşyaya böyük qardaşı və ya əmisinin əl vurmağa icazə vermədiyi uşağın inciməsidir. Ən nikbin proqnozlara görə, indi Dağlıq Qarabağda 200 minə yaxın, bədbinə görə isə 100 mindən az insan yaşayır. Münaqişənin qurbanları isə 2,5 milyon qaçqın və hər iki tərəfədən ölənlər olub. Bir deyin, məgər bu kiminsə azadlığı üçün adekvat qiymətdir? Azərbaycan müharibə şəraitindədir. Təbii ki, silahlanacaq”.
“Bizə bizim ərazilərimiz lazımdır və nöqtə”. Politoloq İlqar Məmmədov qalan bütün şeylərin ikinci dərəcəli olduğunu deyir. Qoy bura Amerika, Çin və ya Rusiya girsin. Bizə fərqi yoxdur. Kim bizə kömək etsə, o bizim yaxın dostumuzdur. Azərbaycan ya Gürcüstan və Türkiyə ilə NATO-ya qoşulmalı, ya da Rusiyaya qayıtmalıdır. Ancaq bizim Kremlə qarşı bütün reveranslarımızı Moskva qiymətləndirmədi. Rusiya ictimai rəyi erməni diasporunun təsiri altındadır. Nə deyək! Biz sizin ictimai rəyə məğlub olduq, ancaq biz müharibədə məğlub olmamışıq. O, hələ bitməyib. Müharibə bərpa olunacaq.