Kolumbiya 20 Yanvar faciəsi ilə bağlı Azərbaycana həmrəylik notası verib
17 Yanvar 2012 Çərşənbə Axşamı 10:14
Nota Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Meksikadakı Səfirliyinə daxil olub.
Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinə 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik ifadə edən nota daxil olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-əməlumat daxil olub.
Notada “1990-cı ilin 20 yanvar tarixində Sovet İttifaqı tərəfindən Azərbaycan ərazilərinə qarşı təcavüz zamanı baş vermiş Qara yanvar kimi tanınan hadisələrə” istinadən bildirlib ki, “Kolumbiya Xarici İşlər Nazirliyi 1991-ci ildə uğurla başa çatmış Azərbaycan xalqının öz müqəddəratını həll etmək və suverenliyinə nail olmaq uğrunda göstərdiyi səylərinə hörmətlə yanaşdığını təsdiq edir”.
DOSTLARINLA PAYLAŞ: