Kofi Annan: BMT-nin qərarı dönüş nöqtəsidir
22 Aprel 2012 Bazar 15:51
BMT-nin və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Suriyaya əlavə 300 müşahidəçinin göndərilməsi qərarını alqışlayıb
"BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya əlavə 300 müşahidəçi göndərmək qərarı bu ölkədəki vəziyyətin sabitləşdirilməsində dönüş nöqtəsidir". Bunu BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri, BMT-nin keçmiş baş katibi Kofi Annan bəyan edib. Cenevrədə verdiyi bəyanatında Kofi Annan Suriya hökumətini və müxalifət döyüşçülərini silahı yerə qoymağa və müşahidəçilərlə birlikdə 10 gün əvvəl qüvvəyə minmiş kövrək xarakterli atəşkəsin möhkmləndirilməsi üzərində çalışmağa çağırıb.
"Hökumət, ilk növbədə, ağır silahlardan istifadə etməkdən çəkinməli və Dəməşqin söz verdiyi kimi, silah-sürsat və hərbi qüvvələri yaşayış məntəqələrindən çıxarmalıdır. Bundan başqa, ölkə rəhbərliyi 6 bənddən ibarət sülh planına dair verdiyi vədlərin hamısını yerinə yetirməlidir", - deyə Kofi Annan bildirib. Xatırladaq ki, Kofi Annanın sülh planını Suriyada münaqişə tərəflərinin hər ikisi qəbul edib.
DOSTLARINLA PAYLAŞ: