Koalisiyanın zərbələri nəticəsində 114 nəfər ölüb
26 Mart 2011 Şənbə 03:22
Səhiyyə Nazirliyi 445 adamın yaralanması barədə məlumat yayıb
Liviya hakimiyyətinin məlumatına görə, martın 20-23-də koalisiya qüvvələrinin zərbələri nəticəsində 114 nəfər həlak olub. Bundan başqa, 445 adam yaralanıb. Məlumatı Böyük Britaniyanın “Sky News”telekanalı Liviyanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Xatırladaq ki, martın 19-da beş ölkənin (ABŞ, Fransa, Böyük Britaniya, Kanada və İtaliya) koalisiyası Liviya ərazisinə raket zərbələri endirməyə başlayıb. Sonradan koalisiyaya Qətər də qoşulub. Bu ölkənin hərbi təyyarəsi Liviyanın hava məkanına keşik çəkilməsində iştirak edib.
DOSTLARINLA PAYLAŞ: