Klintondan Liviya müxalifətinə növbəti dəstək vədi
30 Mart 2011 Çərşənbə 02:39
“Liviya müxalifətinin silahlandırılması leqal yol olardı”
ABŞ-ın dövlət katibi Hillari Klinton Liviya müxalifətinə dəstək vəd edib. O, bildirib ki, Londondakı konfransa müxalifət liderləri ilə görüşlə başlayıb. Hillari Klintonun sözlərinə görə, o, müxalifətçilərə söz verib ki, Birləşmiş Ştatlar Liviya xalqının qanuni tələblərini dəstəkləyəcək. Dövlət katibi əmindir ki, Liviya müxalifətinin silahlandırılması leqal yol olardı. Hillari Klintonun sözlərinə görə, Ağ Evdə Liviya müxalifəti ilə bağlı müsbət təəssüratlar var. Bununla belə, Am erika tərəfi müxalifət nümayəndələri ilə bağlı araşdırmaları davam etdirir.
Hillari Klinton daha bir ərəb dövlətinin hakimiyyətini tənqid edib. Onun sözlərinə görə, Suriya hakimiyyətinin nümayişçilərə qarşı qoşundan istifadə etmək qərarı yolverilməzdir.
DOSTLARINLA PAYLAŞ: