Klinton Sarkisyanla Qarabağı müzakirə edib
07 Fevral 2011 Bazar Ertəsi 11:15
ABŞ dövlət katibi və Ermənistan prezidenti Münhendə bir araya gəlib
Vaşinqton erməni-türk münasibətlərinin normallaşdırılması prosesinin davam etdirilməsinə yardım göstərəcək. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.
Məlumata görə, görüş dünən Münhen təhlükəsizlik siyasəti konfransı çərçivəsində baş tutub.
Ermənistan prezidenti öz növbəsində, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin regionda sülh və təhlükəsizliyin saxlanılması işində fəal roluna mühüm əhəmiyyət verib. Sarkisyan ABŞ dövlət katibinə ATƏT-in Astana sammiti çərçivəsində Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi üzrə ifadə etdiyi dəqiq və balanslaşdırılmış mövqeyə görə təşəkkür edib.
Tərəflər həmçinin, Ermənistan-Amerika ikitərəfli münasibətlərinin gələcək inkişafı, iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlmiş bir sıra problemləri müzakirə ediblər.
Həmsöhbətlər həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırki mərhələsinə də toxunublar.
DOSTLARINLA PAYLAŞ: