KİV: Ermənilər Abxaziyadan qovulur
28 Fevral 2010 Bazar 05:50
Separatçılar tələb edirlər ki, Ermənistan Abxaziyanın müstəqilliyini tanısın.
Ermənistanın “Qraparak” qəzetinin iddiasına görə, Abxaziya əhalisinin 30 fazini təşkil edən ermənilər son günlər təzyiqlərlə üzləşiblər. Qəzet yazır ki, ermənilərin Gürcüstanın işğal olunmuş bu ölkəsindən çıxarılmasına cəhdlər edilir.
Ruslar tərəfindən təhrik edilən abxazlar tələb edirlər ki, Ermənistan separatçı bölgənin müstəqilliyini tanısın. Əks təqdirdə, ermənilər Abxaziyada yaşamamalıdırlar.
Vəziyyətlə bağlı Ermənistan hakimiyyəti də məlumatlandırılıb. Amma onlar heç bir tədbir görməyə tələsmirlər. Çünki istənilən addım Gürcüstan hakimiyyətinin mənfi reaksiyasına səbəb ola və Cavax bölcəsindəki ermənilərin vəziyyətini çətinləşdirə bilər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: