Kiro Manoyan ürəyində qalanları İrəvanda danışıb
13 Oktyabr 2010 Çərşənbə 23:10
Kiro Manoyan Azərbaycan jurnalistlərini bəzi "reallıqlar"dan xəbərdar etdiyini bildirib.
Paytaxt Bakıdan iki günlük səfərdən qayıdan "Daşnaksütyun"un üzvü Kiro Manoyan bu gün təntənəli şəkildə jurnalistləri əhatəsinə yığaraq ürəyində qalanları Ermənistanda danışıb. Hətta bir az da irəli gedərək Azərbaycan jurnalistlərini bəzi "reallıqlar"dan xəbərdar etdiyini bildirib. Bakıda olanda da Manoyanın əsassız iddialarından irəli gələn gərginlik Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə arasındakı polemikada da hiss olunurdu. Bu proses ANS-ə birgə müsahibə zamanı da qeydə alınıb. Belə ki, Manoyanın Qarabağ münaqişəsinin həlli üçün rəsmi Bakının qondarma Qarabağ rejiminin müstəqilliyini tanımasını təklif etməsi cənab Əlizadənin sərt cavabı ilə qarşılanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımalı olduğunu deyən Kiro Manoyan hətta sovet dövründə Qarabağın sovet qanunlarına uyğun öz müstəqilliyini elan etdiyini bildirib: “İndi həm Ermənistan, həm də Azərbaycan Sovet İttifaqının tərkibindən çıxıblar. Amma indi belə bir zərurət yaranıb ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanımalıdır. Bundan sonra digər məsələlər müzakirə oluna bilər”. Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə Kiro Manoyanın sözlərinə cavab olaraq deyib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayıb: ”Dağlıq Qarabağ əzəli Azərbaycan torpaqlarıdır. Ermənilər SSRİ dövründə Qarabağın Ermənistanın tərkibinə qatıldığını elan etmişdirlər, lakin o vaxtı bu, SSRİ-nin konstitusiyasına zidd bir qərar idi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar