Kirill erməni katolikosunu Bakıya dəvət edib
18 Mart 2010 Cümə Axşamı 15:35
Kirill erməni Hacı Allahşükür Paşazadənin dəvətini II Qareginə çatdırıb
Moskva və Bütün Rusiyanın patriarxı Kirill Bakıda keçiriləcək dinlərarası sammitdə iştirak etməsi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvətini bütün ermənilərin katolikosu II Qareginə çatdırıb.
"Mən həm öz adımdan, həm də bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin adından MDB Dinlərarası Şurasının Bakıda keçirləcək sammitində iştirak etmək üçün dəvət gətirmişəm", deyə Kirill bildirib. O qeyd edib ki, sammitdə iştirak etmək II Qaraginə müzakirə ediləcək vacib mövzularda öz mövqeyini bildirməyə imkan verəcək.
Patriarx bildirib ki, erməni Apostol və Rusiya Pravoslav kilsəsi Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakçılardır. Patriarx bildirib ki, erməni katalikosu heç vaxt sülhməramlı aksiyalardan geri qalmır və xalqının maraqlarına zidd olacaq heç bir iş görməyib.
Qeyd edək ki, bu il aprelin 27-29-da Bakıda dünya dini liderlərinin sammiti keçiriləcək. MDB Dinlərarası Şurası tərəfindən Bakıda keçiriləcək konfransa 150-yə qədər din xadimi dəvət edilib. Tədbirin əsas məqsədi dünyada din və dinlərarası vəziyyətin müzakirəsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: