Kilsə sentyabrın 11-də “Qurani Kərim” yandırmaq istəyir
02 Avqust 2010 Bazar Ertəsi 02:15
Kilsə sentyabrın 11-də “Qurani Kərim” yandırmaq istəyir. Bəzi xristiyan qruplar və müsəlmanlar isə kilsənin bu səylərinin qarşısını almağa çalışır.
Amerikanın Florida əyalətindəki bir kilsə 11 sentyabr hadisələrinin ildönümündə İslama qarşı aksiya keçirməyi planlaşdırır. ANS PRESS-in məlumatına görə, “The Dove World Outreach Center” (Göyərçin dünya yardım mərkəzi) adlı kilsə rəsmi internet saytı və “Facebook”dakı səhifəsi vasitəsilə xristiyanları sentyabrın 11-də “Quran” yandırmağa çağırıb.

Kilsənin rahibi Terri Cons İslamı şeytan dini kimi qəbul etdiklərini deyib: “İslamın şeytan dini olduğuna inanırıq. Milyardlarla insanı cəhənnəmə aparan, adamları aldadan və zorakılığı təşviq edən din. Bu, dəfələrlə sübut olunub”.

Ölkədəki bəzi xristiyan qruplar və müsəlmanlar isə kilsənin bu səylərinin qarşısını almağa çalışır. milli Evangelistlər dərnəyi isə açıqlama verərək “Quran” yandırma gününün ləğv olunmasını tələb edib. Dərnək belə bir aksiyanın dinlərarası gərginliyə səbəb olacağına dair xəbərdarlıq edib.

“Amerika-İslam münasibətləri şurası” adlı qurum isə müsəlmanları ramazan ayı müddətində “Quranı paylaş” tədbirləri keçirərək İslamafobiyanın qarşısını almağa çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar