Ketrin Eştonun Cənubi Qafqaza səfərinin proqramı bəlli olub
11 Noyabr 2011 Cümə 14:08
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfərinin proqramı bəlli olub.
APA-nın ali nümayəndənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, K. Eştonun səfəri noyabrın 15-də Azərbaycandan başlayacaq. Ertəsi gün o, Gürcüstana, noyabrın 17-də isə Ermənistana gedəcək.

K. Eştonun Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir. Görüşlərin qrafiki hələlik tərtib olunmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar