Ketrin Eşton: Dağlıq Qarabağda ölümlə nəticələnən son insidentlərdən narahatıq
24 May 2011 Çərşənbə Axşamı 10:28
Avropa İttifaqının Xarici Məsələlər Şurasında Cənubi Qafqaz mövzusunda müzakirələr aparılıb. Ketrin Eşton: Dağlıq Qarabağda ölümlə nəticələnən son insidentlərdən narahatıq.
APA-nın Avropa İttifaqının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, iclas iştirakçıları çıxışlarında Cənubi Qafqazda mövcud durum və Avropa İttifaqının regionda rolu məsələsinə toxunublar. Qeyd olunub ki, Avropa İttifaqının əsas diqqəti regional stabilliyə, münaqişələrin nizamlanmasına yönəltməsi vacibdir. Bundan başqa natiqlər “Şərq Tərəfdaşlığı” proqramının regionla əməkdaşlıq qurulmasında mühüm rol oynadığını vurğulayıblar. İclasdan sonra açıqlama verən Avropa ittifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton Şurada Dağlıq Qarabağ və Gürcüstanda son durum ətrafında da müzakirələr aparıldığını deyib: “Biz Gürcüstanda baş verən insidentlərdən, həmçinin həftə sonu Dağlıq Qarabağda ölümlə nəticələnən insidentlərdən narahatıq”.

Xatırladaq ki, həftə sonu Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun iki hərbçisi şəhid olub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar