Kənd sakinlərinə ölmək qadağan edildi
14 Mart 2012 Çərşənbə 22:32
Qəbiristanlıq problemi absurd qərarın qəbuluna səbəb olub .
İtaliyanın cənubunda yerləşən Falçano del Massiko kəndinin icra nümayəndəsi eyrli sakinlərə ölməyi qadağan edib. “La Stampa” nəşrinin yazdığına görə, buna səbəb kənddə qəbiristanlığın olmamasıdır. İş ondadır ki, Falçano del Massiko kəndində ölən şəxslər qonşuluqda yerləşən Karinola qəsəbəsinin qəbristanlığında dəfn edilirdi. Burakı qəbiristanlığın genişləndirilməsi planı da var imiş. Lakin Karinola rəhbərliyi tərəfindən heç bir təşəbbüs gəlmədiyindən Falçano del Massikonun meri Culio Çezare Fava problemi başqa yolla həll etmək qərarına gəlib və beləliklə təxribat xarakterli qərarı imzalayıb.
Kəndin öncəki merləri qəbiristanlıq layihəsini reallaşdırmaq istəsə də, bu, kiçik kənd üçün baha başa gəldiyi üçün layihədən imtina etməli olub.
Maraqlıdır ki, öncə bu qərara əsəbiləşən yerli sakinlər sonradan seviniblər. Belə ki, merin qərarından sonra bəzi torpaq sahibləri müəyyən torpaq sahələrini təqdim ediblər.
Lakin martın 5-dən Falçano del Massiko kəndinin iki sakini meri tapşırığını qulaqardına vuraraq dünyalarını dəyişib.
DOSTLARINLA PAYLAŞ: