Kəmaləddin Heydərov Yevlaxda şikayətçiləri dinləyəcək
20 Avqust 2013 Çərşənbə Axşamı 10:48
Qəbulda Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri iştirak edə biləcək.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 23-də saat 11:00-dan Yevlax şəhərində vətəndaşları qəbul edəcək.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəbulda Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında (ünvan: Yevlax şəhəri, Bakı prospekti 30) 21 avqust 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
DOSTLARINLA PAYLAŞ: