Kəmaləddin Heydərov yenidən zəlzələ bölgəsinə gedib
14 May 2012 Bazar Ertəsi 12:05
Nazir yerli sakinlərin problemləri ilə birbaşa yerində tanış olub.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib.

ANS TV-nin məlumatına görə, K. Heydərov Zaqatalanın zəlzələdən daha çox ziyan çəkən Gözbarax və Qaxın Güllük kəndlərində olub, yerli sakinlərlə görüşüb, onların problemləri ilə birbaşa yerində tanış olub.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü,ardınca isə daha zəif gücə malik bir necə zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevdə ötən həftə zəlzələ bölgəsindəki vəziyyətlə tanış olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar