Kəmaləddin Heydərov Belçikanın Azərbaycandakı səfirini qəbul edib
28 Sentyabr 2011 Çərşənbə 19:02
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 28-də Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Truyensi qəbul edib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.
Öz növbəsində, səfir iki dövlətin müvafiq qurumları arasında, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün birgə səylər göstərəcəyini vurğulayıb. APA
DOSTLARINLA PAYLAŞ: