Kartof qızartması beynəlxalq qalmaqala səbəb oldu
07 Yanvar 2013 Bazar Ertəsi 17:49
Fransa və Belçika yeməyin müəllif hüquqları uğrunda mübarizə aparırlar.
Fransa və Belçika arasında kartof qızartması ilə bağlı qalmaqal yaranıb. ANS PRESS-in Türkiyənin "Milliyət" qəzetinə istinadla verdiyi məlumata görə, hər iki ölkə bu yeməyin özlərinə aid olduğunu iddia edirlər. Fransızlar kartof qızartmasının Paris körpülərində yarandığını, belçikalılar isə qızartmanın Namur şəhərindəki Meuse çayının kənarında balıqçılar tərəfindən kəşf edildiyini deyir.

Qida mütəxəssisi Madeleine Ferriere isə get-gedə böyüyən qalmaqalla bağlı açıqlama verib. O bildirib ki, kartof qızartması küçə mətbəxinin bir hissəsi olduğu üçün onun ilk olaraq hansı ölkədə yarandığını demək mümkün deyil. Amma qızartmanın 1789-cu ildən sonra Parisin ən qədim körpülərinin üzərində Fransız satıcılar tərəfindən ilk dəfə bişirilmə ehtimalının böyük olduğunu vurğulayıb. Fransız tarixçi o zamanlarda satıcıların kartof qızartması ilə isti şabalıdı birlikdə satdığını deyib.

Liej Universitetinin professoru Pier Leclerc isə Belçikada bu yeməyin xüsusilə sevildiyini, ancaq bu vaxta qədər onun kökü ilə bağlı heç bir araşdırma aparılmadığını bildirib. "Belçikada kartof qızartması ilə bağlı olar reallıq ondan ibarətdir ki, Namurlu balıqçılar kartofu kiçik balıqlar formasında kəsərək qızartmasıdır".


DOSTLARINLA PAYLAŞ:

oyunlar