Kanal A Quba məzarlığı barədə film hazırlayacaq
30 Yanvar 2010 Şənbə 21:25
Türk Kanal A jurnalistləri Qubada aşkar edilmiş kütləvi məzarlığı ziyarət edib
Qubada aşkar edilmiş kütləvi məzarlıq türk jurnalisitlərinin də diqqətini cəlb edib. Gördüklərindən heyrətə gələn jurnalistlər ermənilərin Qubada törətdiyi faciələrin dünyaya çatdırılması üçün filmlərin və proqramların hazırlanmasına ehtiyac olduğunu bildiriblər.

Türkdilli xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə Türkiyənin “Kanal A” və “First business” jurnalının əməkdaşları Qubada aşkar edilmiş kütləvi məzarlığı ziyarət edib. Məzarlıqda olan jurnalistlər bildirib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı barədə türkiyədə foto və video materiallara ehtiyac var. Ona görə də türkiyəli media təmsilçiləri ermənilərin Azərbaycanın Quba rayonunda törətdiyi kütləvi qətllərlə bağlı film və xüsusi proqram hazırlamaq fikrindədir.

“Biz Azərbaycandakı erməni soyqırımını ekranlaşdırmaq istəyirik. Türkiyədəki bəzi media qurumları bu mövzunu gündəmə gətirmədi. Biz İstanbuldan və Ankaradan qrup halında gəlmişik. Burada gördüklərimiz ermənilərin iddia etdiklərinin tam əksidir. Yəni türklərin deyil, ermənilərin böyük bir soyqırımı etdiklərinin şahidi olduq”,-deyə Türkiyənin “Kanal A” televiziyasının müxbiri Abdulla Türksoy bildirib.

Məzarlıqda Türkiyəli jurnalistlərə ermənilərin Qubada törətdikləri soyqırımı barədə geniş məlum verilib. Bildirilib ki, burada indiyədək 600-dən çox insan kəlləsi tapılıb və ekspertlərin rəyinə görə onların əksəriyyəti işgəncə verilərək öldürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar