Kaçinskinin öldürüləcəyi əvvəlcədən deyilmişdi?
20 Aprel 2010 Çərşənbə Axşamı 13:25
"Qafqaz Center" saytı Polşanı qarışdıracaq iddia ilə çıxış edib.
Polşa prezidenti Lex Kaçinskinin təyyarə qəzasında öldürüləcəyi Gürcüstanın "İmedi" telekanalı tərəfindən xəbər verilib. Bu iddia çeçen mücahidlərinə yaxın olan "Qafqaz Center" internet saytında yer alıb.

Saytın yazdığına görə, "İmedi" telekanalında 13 mart 2010-cu il tarixində Rusiyanın Gürcüstana hücumu ilə bağlı yayımlanan yarım saatlıq videoda, Lex Kaçinskinin prezident təyyarəsində bir partlayışda öldürüləcəyi deyilib.

Saytın məluamtına görə, "Rossiya 24" televiziyasına müsahibə verən təyyarə qəzasının şahidi Slawomir Sliwinski bildirib ki, təyyarə yerə düşməzdən əvvəl əvvəlcə sola doğru əyilib və yerə düşəndə iki güclü partlayış səsi eşidilb.

"Yerə düşmzədən əvvəl təyyarə sola doğru əyildi və yerə dəyəndə iki güclü partlayış səsi eşidildi, təyyarəni alov götürdü", deyə şahiddən sitat gətirilib.

"Qafqaz Center" saytı hesab edir ki, Polşa prezidenti aşağıdakı səbəblərə görə ödürülə bilər:

- O, Varşava şəhərinin meri olanda şəhər meydanlarından birinin adını dəyişərək tanınmamış Çeçenistan Respublikasının prezidenti Cövhər Dudayev adlandırıb.

- 2006-cı ildə Moskva Polşa əti və kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı götürməyəcəyi halda, Avropa Birliyinə Rusiyaya qarşı sanksiyaların tətbiqini təklif edib. O, həmin il noyabrın 24-də isə Avropa Birliyi və Rusiya arasındakı əməkdaşlığı veto edib.

- O, 2008-ci ilin avqustunda isə Rusiya qüvvələrinin Gürcüstan ərazisinə daxil olmasını kəskin pisləyib.

- O, prezident postunda olarkən Polşada Birləşmiş Ştatların raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi ideyasını dəstəkləyib.

- Kaçinski dəfələrlə Moskvanı Avropanın Rusiyadan neft və qaz tədarükündən asılılığından istifadə edərək enerji şantajına can atmaqda ittiham edib.

Kaçinski Rusiyaya getmək niyyətində olmadığına dəfələrlə işarə edib. O, prezident postunda Rusiyaya yalnız bir dəfə, 2007-ci ildə gedib və Xatındakı məzarlıqda olub.

Xatırladaq ki, Polşa prezidenti və xanımı da daxil olmaqla içində yüksək vəzifəli dövlət daximləri olan təyyarə aprelin 10-da Rusiyanın Smolensk vilayətində qəzaya uğrayıb. Hələlik səbəbi məlum olmayan qəza nəticəsində təyyarədə olanların hamısı - 96 nədər həlak olub.

Polşa prezidenti Xatın faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasiminə gedirmiş. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar